Gürcüstan hökumətinin rəsmiləri Azərbaycan səfirliyini ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, onlar AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı dərin təəssüf və kədər hisslərini ifadə ediblər.
Rəsmi şəxslər diplomatik nümayəndəlikdə açılmış başsağlığı kitabında Azərbaycan hökuməti və xalqına dəstək bildiriblər.
Gün ərzində səfirliyi Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, xarici işlər naziri Maya Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze ziyarət edib. Başsağlığı verənlər arasında Gürcüstandakı diplomatik korpusun nümayəndələri də olub.