27 İyul 2017 13:40
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Polşa prokurorluğuna çağırılıb.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı TVN24 telekanalı polşalı mənbəyə istinadla xəbər yayıb.

Məlumatı Tuskun Polşa xüsusi xidmət orqanlarının Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlığı işi üzrə vəkili Roman Qertıx da təsdiqləyib.

O, Tuskun bu dəfə hansı statusda prokurorluğa çağırıldığını açıqlamayıb.

Tuskun avqustun 3-də ifadə verəcəyi bildirilib.

Qeyd edək ki, Donald Tusk bu ittiham üzrə aprelin 19-da prokurorluqda 8 saat dindirilib.


Müəllif: Samir

Oxşar xəbərlər