4 Avqust 2017 11:16
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq sabiq prezident Səddam Hüseynin zamanında qida və dərman proqramı çərçivəsində BMT-yə verilmiş 131 milyon dollar vəsaiti faizi ilə birgə geri alıb.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal yazılı açıqlama yayıb.

Pulun geri alınması üçün uzun müddət danışıqlar aparılıb.

Qeyd edək ki, həmin vəsait Səddam Hüseynin 2 avqust 1990-cı ildə Küveyti işğal edəndən sonra İraqa tətbiq edilən beynəlxalq embarqo nəticəsində BMT-də ilişib qalmışdı.


Müəllif: Mahir

Oxşar xəbərlər