22 İyul 2014 18:01
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Məclisdəki qrup toplantısında çıxışından sonra kürsüdən enən zaman Samsun Asarcıq keçmiş bələdiyyə sədri Bülənt Baskın ona istefa qərarını açıqlamaq istəyib.

Bu gözlənilməz istefa xəbəri qarışıqlıq yaradıb.

CHP-li millət vəkilləri B. Baskından sakit dayanmasını tələb edəndə mühafizəçi müdaxilə edib və gərginlik yaşanıb. Qışqırmağa başlayan Baskının ağzını bəzi millət vəkilləri əlləri ilə bağlamağa çalışıb.

Baskının 14 yaşındakı oğlu isə yaşanan gərginliyi kənardan izləyib. Baskın mühafizəçilər tərəfindən saxlanılıb.

Bu arada onun son bələdiyyə seçkilərində CHP-dən namizəd olduğu deyilir.

/publika.az/


Müəllif: