Almaniya Federal Cinayətlə Mübarizə İdarəsi qərb ölkələrində qatarlarda gözlənilən terror hücumları haqqında xəbərdarlıq yayıb.
Teleqraf.com xəbər verir ki, Funke Media Qrupuna danışan Almaniya Federal Cinayətlə Mübarizə İdarəsi səlahiyyətlisi deyib ki, dəmiryollarının təxribatlardan tənzimlənməsi və səfərlər zamanı qatarların relslərdən çıxmasının qarçşısını almaq vacibdir.
Terror təşkilatı Əl-Qaidənin bir jurnalda qərb ölkələrində dəmir yollarında təxribatçı çağırışının olduğunu xatırladan səlahiyyətli deyib ki, bu kimi hadisələr Almaniyada da baş verə bilər.
Almaniya Federal Cinayətlə Mübarizə İdarəsinin əməkdaşı əlavə edib ki, iyul ayında İŞİD-ə yaxınlığı ilə seçilən saytda Avropada qatarların relslərdən çıxarmaları haqqında təbliğedici düşüncələr paylaşılıb.
Mütəxəssis sonda əlavə edib ki, Almaniya bu cür terror hücumları haqqında konkret informasiyaya sahib deyil.