Almaniya Qəzza bölgəsinə humanitar yardım göndərəcək.
Məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.
O bildirib ki, ölkəsi Qəzza bölgəsinə 8,5 milyon avro dəyərində humanitar yardım göndərməyi planlaşdırır.
“Qəzzada zorakılığın artması insanların əzabını daha da qabardıb. Bizim isə münaqişədən zərər çəkən insanları unutmaq haqqımız yoxdur”, - deyə diplomat vurğulayıb.
Nazir onu da bildirib ki, iyul ayında Almaniya Qəzzaya 9 milyon avro yardım edib.
/APA/