Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Azərbaycan əsilli müğənni Nuray Hafiftaşın yas mərasiminin dövlət səviyyəsində təşkil edilməsilə bağlı təlimat verib.
Teleqraf.com-un məlumatına görə, 54 yaşlı mərhum sənətçinin cənazəsi sabah İstanbulda Zincirliquyu qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, türk səhnələrinin yaşıl gözlü kraliçası adını qazanan Nuray Hafiftaş uzun zaman idi ki, xərçəngdən əziyyət çəkirdi.