26 Mart 2018 13:50
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya baş naziri Şinzo Abe karyerasının ən böhranlı dövrünü yaşayır.

Teleqraf.com xəbər verir ki, baş nazirin reytinqi son 10 ildə ən aşağı səviyyəyə enib.

Buna onun xanımı Akiyə Abeyə yaxın olan məktəbə dövlət ərazisinin ucuz qiymətə satılması səbəb olub.

Bu fakt ortaya çıxdıqdan sonra Yaponiyada ciddi müzakirə mövzusuna çevrilib. Hətta Şinzo Abe hökumətinin buraxılmasına dair fikirlər də səslənməyə başlayıb.

İddia edilir ki, Şinzonun xanımı Akieyə yaxın olan şirkət dövlət ərazisini 85 faiz endirimlə alıb. Baş nazir özü bu iddiaları təkzib edib. Bu gün daha bir açıqlama verən baş nazir bildirib ki, seçicilərin hökumətə etimadının azalması onun və ya xanımının ərazi satışında adının hallanması ilə bağlıdır.

Qeyd edək ki, bazar günü keçirilən rəy sorğusuna əsasən 39 faiz respondent Abenin vəzifədə qalmasını vacib sayıb. 48 faiz isə baş nazirin vəzifədən getməsinin vacibliyini qeyd edib.

Fevralda 32 faiz dəstək alan baş nazir son sorğu ilə seçicilərinin 11,7 faizini itirib. Abeni dəstəkləməyənlərin faizi isə 13,2-dən 54,9 faizə qalxıb.

Şinzo Abe 2006-cı ildə baş nazir vəzifəsinə gəlib. 2012-ci ildə isə baş nazir vəzifəsini qoruya bilib.


Müəllif: Cavad

Oxşar xəbərlər