Rusiya və Ermənistan arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Zaqrob Mnaçakanyamla görüşdə bildirib.
“Biz səmimi, konstruktiv, müttəfiqlik, strateji əməkdaşlıq ruhunda danışıqlar apardıq. Rusiya-Ermənistan aramızda yüksək səviyyədə siyasi dialoq mövcuddur”.
Lavrov görüş zamanı ticari-iqtisadi münasibətlərin inkişafını da müzakirə etdiyini vurğulayıb.
O həmçinin qeyd edib ki, görüş zamanı iki ölkə arasında regionlararası əlaqələrə müsbət qiymət verilib.
Öz növbəsində Ermənistanın XİN başçısı bildirib ki, İrəvan Moskva ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.