9 İyul 2018 12:30
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Türkiyə və bir sıra ölkələri öz tərəfinə çəkmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison deyib.

“Fox News Sunday”a açıqlama verən Hatkison qeyd edib ki, Rusiya Türkiyəni NATO-dan çıxarmaq niyyətindədir:

“Rusiya Türkiyə və digər müttəfiqlərimizi NATO-dan qoparmağa çalışır. Moskva tarixin ən güclü müttəfiqliyinə son qoymaq, NATO-nu dağıtmaq niyyətindədir. Lakin hesab edirik ki, Rusiyanın bu səyləri NATO – Türkiyə münasibətlərini zədələməyəcək. Türkiyə uzun illərdir bu ittifaqın üzvüdür və əlaqələrimizi davam etdirəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər