Amerikalı Şantel Broun Yanqın türkcədə ağ dəri, ingiliscədə isə “vitiligo” adlanan nadir xəstəliyi var.
“America’s Next Top Model” müsabiqəsində yarışan model xəstəliyin onun işinə mane olmağına imkan verməyib.
İlk dəfə 4 yaşında bədənindəki ləkələri görən Şantelin xəstəliyi illlər keçdikcə inkişaf edib, bədəninin hər yerinə-əllərinə, dizinə, qarnına, üzünə yayılıb.
“People” jurnalına müsahibə verən 19 yaşlı gözəlçə xəstəliyinə təəccüblənənlərə ümumiyyətlə fikir vermədiyini deyib:
“İçimdə həmişə bunu demişəm ki, özümü qəşəng hesab etdiyim müddətdə gözəl olduğumu tez-tez təkrar edəcəyəm”.
/qafqazinfo/