2 Noyabr 2018 17:32
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu Braziliyanın yeni Prezidenti Jaira Bolsanarın Braziliya səfirliyini Yerusəlimə (Qüds) köçürmək addımını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Bolsanar bundan əvvəl Təl-Əvivdəki Braziliya səfirliyini Yerusəlimə köçürəcəyini açıqlayıb.

Prezident Fələstin və İsrail arasında qarşıdurma yaradan bölgəni İsrailin paytaxtı kimi tanıdıqlarını da bildirib: “İsrail suveren dövlətdir və biz bunu hörmətlə qarşılayırıq”.

Bolsonar səfirliyin köçürülməsinin Braziliyanın ərəb ölkələri ilə əlaqələrinə mənfi təsir göstərəcəyini düşünmür.

Yerusəlimə köçürüləcək Braziliya səfirliyinin yeni binasının açılış mərasimi gələn ilin yanvarın 1-də baş tutacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp keçən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını və Təl-Əvivdəki Amerika səfirliyinin bu şəhərə köçürəcəklərini açıqlamışdı. Bu ilin may ayında qərara uyğun olaraq, ABŞ səfirliyi Qüdsə köçürüldü.

Trampın bu addımı Fələstin və bir sıra müsəlman dövlətlərində kütləvi etirazlara səbəb olub. İlk olaraq, Qvatemala və Paraqvay öz səfirliklərini Qüdsə köçürsə də, sonradan Paraqvay geri addım ataraq, səfirliyi yenidən Təl-Əvivə qaytarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər