4 Finlandiya vətəndaşı Zimbabvedə özəl təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Finlandiya Xarici İşləri Nazirliyi məlumat yayıb. Xəbərə görə, birmotolu "Cessna S206" təyyarəsi Masvinqo şəhərində qəzaya uğrayıb.
Ölənlərin hamısının təxminən 50 yaşında kişilər olduğu bildirilir. XİN konfidensiallığa görə ölənlərin adlarını açıqlamır.