22 Dekabr 2018 11:51
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxarmaq qərarının Vaşinqton-Moskva görüşünün nəticəsi olduğu iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, o, iddianı təkzib edib və bunun həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, Avropa, ABŞ və İsrailin kütləvi informasiya vasitələrində (KİV) ABŞ, Rusiya, İsrail, İordaniya və Səudiyyə Ərəbistanı arasında keçirilən görüşdə Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılmasının razılaşdırıldığı məlumatı yayılıb.

Peskov isə “Vedomosti” qəzetinə açıqlamasında buna “Xeyr, bu iddia doğru deyil” cavabını verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər