Pakistanın baş naziri İmran Xan Hindistanla Pakistan arasında yaşanan gərgin münasibətə dair açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nüvə silahına malik olan Pakistan baş naziri mülki insanlara zərər vermək niyyətləri olmadığını bəyan edib:
“Kəşmirdəki terror hücumu ilə bağlı Hindistanla əməkdaşlığa hazırıq. Ancaq hazırda oturub bu mövzunu necə həll edəcəyimizi birlikdə müzakirə etməyimiz lazımdır. Bu iş həm sizin, həm də bizim nəzarətimizdən çıxa bilər. Ağlın hislərə üstün gəlməsi lazımdır”.