8 Mart 2019 16:15
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda stadionlarla yanaşı məktəblərdə də milli şüarlar səsləndirilməsi halları geniş vüsət almağa başlayır.

Teleqraf.com xəbər verir ki, Təbrizin “Əkbəriyyə” məktəbindən yayılan bir videoda azərbaycanlı şagirdlərin milli şüarlar səsləndirdikləri görünür. Belə ki, futbol oyununu seyr edən məktəblilər dəfələrlə “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı səsləndiriblər.

Sosial şəbəkə istifadəçiləri isə sözügedən videonu paylaşaraq azərbaycanlı fəalların saxlanması məsələsinə toxunub və bildiriblər ki, “bəlkə Abbas Lisanini həbs edəsiniz, amma onun düşüncəsi ilə nə edəcəksiniz?!”

Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi isə Güney Azərbaycan məktəblərində “Türk dilində mədrəsə” şüarı adı ilə kampaniya keçirilməsini təklif edib.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı yerli dillərin də tədris olunması sərbəstdir. Lakin islam inqilabından 40 il keçməsinə baxmayaraq dövlət 15-ci maddəni icra etməkdən imtina edir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız sadəcə Azərbaycan dili və ədəbiyyatının tədris olunması deyil, Azərbyacan dilində təhsil də tələb edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər