Türk inqilabçı Dəniz Gəzmişi qəhrəman adlandıran Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Mehmet Tümə cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, CHP üzvü bundan əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Millətçi Xalq Partiyasının (MHP) lideri Dövlet Bağçalını təhqir edib.
Soyluya “soysuz” deyən Mehmet Tüm MHP liderini isə “mövqesiz” adlandırıb.
Artıq Baş Prokurorluq CHP-li Tüm barədə ittihamnamə hazırlayıb. İttihamnamə Mehmet Tümün “Dəniz Gəzmiş bu ölkənin müstəqilliyi üçün edam kürsüsünə gedən qəhrəmanıdır” ifadəsinə də yer verilib.
Prokurorluq CHP üzvünü buna görə terrorizmə dəstək verməkdə ittiham edib.
Qeyd edək ki, Dəniz Gəzmiş türk marksist-leninist inqilabçı, tələbə hərəkatının lideri və siyasi fəal olub. Türkiyə Xalq Qurtuluş Ordusunun (THKO) qurucularından bir olan inqilabçı 1972-ci il mayın 6-da edam edilib.