30 May 2019 17:57
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Ən-Nüsra Cəbhəsi problemini həll etsə belə, İdlibdəki böhran tezliklə həll olunmayacaq. Çünki Dəməşq bütün ölkəyə nəzarət etmək istəyir və buna təkid edir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Kirill Semenov deyib.

Ekspertin fikrincə, bu məsələ Türkiyə və Suriya arasında fikir ayrılığı yarada bilər:

“Gec-tez Bəşər Əsəd əməliyyata başlayacaqdı. Türkiyə də danışıqlarda öz maraqlarını müdafiə edir, bu baxımdan İdlib mövcud status-kvonu saxlamaq üçün önəmlidir.

Amma hesab edirəm ki, Türkiyə Şimal-şərqi Suriyada təhlükəsizlik zolağı qura, kürd məsələsini həll edə bilsə, İdlibdən geri çəkilə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər