1 Avqust 2019 13:53
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner Yaxın Şərqə səfəri çərçivəsində İordaniya kralı II Abdullahla görüşüb.

Teleqraf.com xəbər verir ki, paytaxt Əmmanda baş tutan görüşdə Fələstin-İsrail münaqişəsi müzakirə olunub.

Münaqişənin başa çatdırılması yönümdə müzakirələr aparan kral və amerikalı müşavir habelə ABŞ-ın İsrail və Fələstin arasında sülhün elan edilməsi üçün həyata keçirmək istədiyi plandan da danışıb.

Bölgə turnesi çərçivəsində İsrailə gedən Kuşner Qüdsdə Baş nazir Binyamin Netanyahu ilə də görüşüb.

Jared Kuşnerin sözügedən səfərinin Donald Trampın yaxın zamanda Fələstin-İsrail münaqişəsinə həll məqsədilə açıqlaması gözlənilən “Əsrin Anlaşması” planının detallarını ərəb liderlərə çatdırma niyyəti daşıdığı bildirilib.

Bölgəyə səfəri çərçivəsində amerikalı diplomatın Mərakeş, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-yə gedəcəyi də açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər