2 Avqust 2019 14:02
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün sonra Türkiyəyə rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb.

Ukrayna rəsmilərindən əldə edilən informasiyaya görə, Zelenski qarşıdakı günlərdə rəsmi görüşlərdə iştirak məqsədilə Türkiyəyə gələcək. Səfər proqramı haqda hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Vladimir Zelenski prezident seçiləndən sonra istirahət etmək üçün ailəsi ilə birgə Türkiyəyə yollanmışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər