Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında PKK terror təşkilatına qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində son dörd gün ərzində 19 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar Haftanin, Hakurk və Qara bölgələrində həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Əməliyyat nəticəsində terror təşkilatına məxsus külli miqdarda silah-sursat ələ keçirilib, bir sıra sığınacaqlar dağıdılıb.