18 Sentyabr 2014 00:14
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı Prezidenti Barak Obamanın Ankara səfirliyinə namizəd göstərdiyi Con Bassın təyinatını təsdiqləyib.

Axar.az xəbər verir ki, səsvermədə Bassın namizədliyi yekdilliklə qəbul olunub.

Xatırladaq ki, Bass 2004-2005-ci illərdə ABŞ vitse-prezidenti Dik Çeyninin Avropa və Avrasiya məsələləri üzrə xüsusi müşaviri olub. 2009-2012-ci illərdə Gürcüstan səfiri olan Bass 2005-2008-ci illərdə Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinə rəhbərlik edib.


Bu təyinata qədər Con Bass Dövlət Katibliyində İdarəçi katib və Con Kerrinin xüsusi assistenti vəzifəsini yerinə yetirirdi.


Müəllif:

Oxşar xəbərlər