Ermənistanın Tumanyan rayonunun polis rəisi Lernik Giqolyan həbs edilib.
Teleqraf.com xəbər verir ki, polis rəisi Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Giqolyanın hansı səbəbdən həbs edildiyi açıqlanmayıb.
O bu posta bir müddət əvvəl vəzifədən uzaqlaşdırılan Ermənistanın keçmiş polis rəisi Valeri Osipyan tərəfindən təyin edilmişdi.