19 Yanvar 2020 22:38
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Hayk Maasla Liviyada barışıq məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət katibi Pompeo və nazir Maas Liviyada barışıq dəstəyinə beynəlxalq səylərin davam etdirilməsini, siyasi prosesə və xarici müdaxilənin sonuna qayıdışı müzakirə ediblər", - xəbərdə deyilir.

Hər iki tərəf həmçinin Liviyanın müstəqilliyini dəstəkləyib.

Bundan başqa, Pompeo və Maas Əfqanıstan, İran məsələlərini də müzakirə ediblər.


Müəllif: Teleqraf.com