21 Fevral 2020 11:07
5 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Nəyrabda hərbi əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, ASO Sərakib şəhərinin Nəyrab kəndi ilə sərhəd xəttinə xeyli sayda tank və zirehli texnika yerləşdirib.

Bəşər Əsəd ordusunun kənddəki mövqelərini bombardman edən müxaliflər Nəyrabı almaq üçün iki gündür quru əməliyyatlarını davam etdirir.

ASO-nun xüsusi təyinatlı qüvvələrinin komandiri Sultan Murad əməliyyatlara türk ordusunun da dəstək verdiyini açıqlayıb. Rejim qüvvələri ilə qarşıdurmaların pik həddə çatdığı vaxtda ASO və türk ordusunun Nəyrabın böyük hissəsinə nəzarəti ələ keçirdiyi açıqlanıb.

Müxaliflərin Əsəd ordusu və Rusiyaya məxsus 2 dronu (PUA) vurduğu bildirilib. Habelə Əsəd ordusunun İdlib əməliyyatlarına başçılıq edən general Bilal əl-Bəkirin öldürülməsi də yayılan məlumatlar arasındadır.

Gərginliyin pik həddə çatdığı vaxt rus qüvvələrinin Nəyrab və Sərakibdəki mövqelərindən geri çəkilməyə başladığı iddia edilib. Lakin rus ordusu müxaliflərin gözlənilməz həmləsinə cavab olaraq, Nəyrab yaxınlığındakı Kaminas qəsəbəsinə hücuma keçib.

Türk ordusuna məxsus PUA-lar İdlib və Hələb üzərindəki kəşfiyyat uçuşlarını davam etdirir. Türk ordusu, eyni zamanda Əsəd qüvvələrinin Ləzgiyənin Salman, Hələbin Nübl-Zəhra, Miznaz və Kəfir Hələb bölgələrindəki nöqtələrini vurub.

Qarşıdurmanın miqyasının genişləndiyi vaxt NATO açıqlamaya yayaraq, rəsmi Ankaraya dəstək nümayiş etdirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər