17 İyun 2020 09:58
3 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donald Tramp administrasiyası Əsəd rejiminin hərbi müvəfəqiyyət qazanmasının qarşısını almaq, rejim və müttəfiqlərini BMT-nin patronajlığı altında keçirilən dialoqa qaytarmaq üçün prinsipial addımlar atacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft açıqlama verib.

ABŞ-ın Əsəd rejimini qətliam və insan haqlarını pozmaq üçün istifadə etdiyi maliyyə mənbələrindən məhrum etməyi planlaşdırdığını deyən Kraft bununla dialoqa mane olan əngəllərin aradan qalxacağını bildirib.

Diplomat sanksiyaların “Sezar qanunu” əsasında tətbiq olunacağını, bununla Əsəd rejimini dəstəkləyən müttəfiqləri Rusiya, İran və başqalarını hədəflərindən yayındırmağı planlaşdırdıqlarını da diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər