“Gözləntilərin əksinə olaraq, Putin Dağlıq Qarabağdakı döyüşlərin əvvəlindən etibarən Ermənistanın yanında olmadı. Əslində çətin duruma düşən Paşinyanı uzaqdan izləməklə kifayətlənir”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Əbdülqədir Səlvi deyib.
Onun sözlərinə görə, Putin ABŞ və Fransa tərəfdarı Paşinyanın burnunu ovuşdurur:
“Putinin Paşinyanı devirmək üçün səy göstərib-göstərməyəcəyi məlum deyil. Amma Putinin Paşinyanı devirəcəyini və Rusiyapərəst bir rəhbərliyi hakimiyyətə gətirə biləcəyi deyilir.
Bu müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatiyasına diqqət çəkmək istərdim. Əliyev Paşinyandan fərqli olaraq, Rusiyanı qəzəbləndirəcək addımlar atmır. Çox ağıllı bir strategiya izləyir. Putinin Ermənistana dəstək verməsinə rəvac yaradacaq qərarlar vermir. Bu baxımdan, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsi gözləniləndir”.