Avstriya Xarici İşlər Nazirliyi Ermənistanla Azərbaycan arasında humanitar məqsədlər üçün əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Vyana ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqların tezliklə başlayacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilmiş üçtərəfli danışıqların nəticəsi olaraq tərəflər 10 oktyabr saat 12:00-dan etibarən hərbi əməliyyatların dayandırılmasına dair razılığa gəliblər.
Danışıqlar doqquz saatdan çox davam edib.