ABŞ İraqa “Abrams” tankları üçün 46 min mərmi və ehtiyat hissələr satmağı planlaşdırır.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət departamentinin rəsmisi Mari Harf bildirib.
“Dövlət departamenti oktyabrın 20-də İraqa “Abrams” tankları üçün 46 min tank mərmisi, ehtiyat hissələr və əlaqədar avadanlığın satışı ilə bağlı qərar qəbul edib”, deyə Harf bildirib.