27 Oktyabr 2014 09:27
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada fəal olan Boko Haram terrorçu qruplaşmasının üzvləri növbəti dəfə kütləvi şəkildə insan oğurlayıblar.

Məlumatına görə, bu dəfə cinayətkar dəstə üzvləri 11 yaşından yuxarı qızları 13 yaşından yuxarı oğlanları qaçırıblar.

Ümumilikdə, azı 30 nəfərin oğurlandığı bildirilir. Hadisə Borno ştatında - Mafa kəndində baş verib.

Məlumata görə, qruplaşma üzvləri kəndə hücum edən zaman yerli camaatın müqaviməti ilə qarşılaşıblar. Bu zamanı tərəflər arasında qarşıdurmalar düşüb və qarşıdurmada azı 17 nəfər ölüb.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Bir müddət əvvəl Boko Haram üzvləri 300-ə yaxın məktəbli qızı qaçırmışdı. İndiyə qədər qızları xilas etmək mümkün olmayıb./anspress/


Müəllif:

Oxşar xəbərlər