29 Oktyabr 2014 09:09
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koalisiya qüvvələri tərəfindən Suriyada və İraqda İŞİD-in mövqelərinə 13 hava hücumu təşkil olunub.

Publika.az xəbər verir ki, hücumlardan 4-ü Suriyada - Kobnidə həyata keçirilib. Digər 9-u isə İraqın müxtəlif bölgələrində olub. Nəticədə terrorçulara məxsus bir neçə ağır texnika və qərərgah məhv edilib.

Məlumata görə, İraqdakı hava hücumlarını ABŞ, Fransa, Belçika, Avstraliya, Danimarka və Hollandiya, Suriyada isə ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Bəhreyn təyyarələri həyata keçirib.


Müəllif:

Oxşar xəbərlər