“Vəziyyətin kəskinləşəcəyi təqdirdə Amerika öz əsgərlərini Ukrayna üçün qurban verməyəcək, heç Kiyevə silah da tədarük etməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbərinin birinci müavini Vladimir Cabbarov deyib.
“Ukrayna onlar üçün yeyiləcək bir təama çevrilib. Onlara görə Ukrayna üçün əziyyət çəkməkdənsə, onu tanklar altına atmaq daha yaxşıdır”, - Cabbarov bildirib.
O, öz torpaqlarını Rusiya işğalından azad etmək istəyən Ukraynanı hədələyib: “Ukrayna ordusu qonşusu ilə döyüşməyə qərar verərsə, bu, son döyüş olacaqdır. Biz doğrudan bunu istəmirik, hadisələrin belə inkişafının əleyhinəyik”.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Kanada, Litva və Polşa Rusiyanın Ukrayna ilə sərhədləri yaxınlığında hərbi fəaliyyətinin artdığını açıqlayıb. Qərb ölkələri Ukrayna ordusuna təlim keçəcəklərinə və silahlı qüvvələrinin potensial gücləndirilməsinə dəstək verəcəklərinə söz veriblər.
Rəsmi Kiyev aprelin 2-də Moskvanı münaqişənin miqyasını böyütmək üçün Donbasdakı hərbi qüvvələrinin sayını artırmaqda ittiham edib.