16 İyun 2021 23:54
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın artıq çəkisi və səhhətindəki problemlər illərdir müzakirə edilir.

Teleqraf.com xəbər verir ki, son aylarda ara-sıra qalyanı ilə iclaslara qatılan və danışarkən təngnəfəs olduğu görünən Kimin son görüntüləri bu günə qədər olan ən ciddi söz-söhbətlərə səbəb olub.

“Assoşieyted Press”in yaydığı son fotolara görə, Şimali Koreya lideri son bir neçə ayda az qala əriyib. Kim Çen Inın son şəkilləri cəmi bir neçə ay əvvəl çəkilmiş fotoşəkilləri ilə yanaşı qoyulduqda, fərq dərhal ortaya çıxır. 140 kiloqram civarında olduğu təxmin edilən Kimin 20 kilo itirdiyi ehtimal olunur.

Keçən il Kimin yoxa çıxması və uzun müddət ictimaiyyət qarşısına çıxmaması onun ciddi xəstəliklikdən əziyyət çəkdiyi, hətta öldüyü barədə şayiələrə səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər