19 İyun 2021 11:55
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda nəşr olunan “Pentapostagma” qəzeti ABŞ-ın “S-300” hava hücumundan müdafiə sistemləri ilə əlaqədar Yunanıstana təzyiq göstərdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, məqalə “Amerikanın Yunanıstana şantajı” başlığı ilə dərc olunub.

Məlumata görə, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən narahat olan ABŞ rəhbərliyi Afinaya “Sistemləri dərhal söndürün” xəbərdarlığını edib.

ABŞ ilə sıx əlaqələr qurmaq istədiklərini vurğulayan Yunanıstan rəhbərliyi bu tələbi geri çevirib:

“İkitərəfli münasibətləri genişləndirmək istəyirik, ancaq sistemi söndürməyimiz tələb oluna bilməz. “S-300”lər heç bir problem yaratmır”.

Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemini aldığı dövrdə Yunanıstana məxsus “S-300”lərin sınaq atışlarına səssiz qalan ABŞ rəhbərliyinin bu münasibəti Amerika lideri Co Baydenin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra sərgiləməsi diqqət çəkir. Ərdoğan və Bayden ötən həftə görüşüb.

Prezident Ərdoğan NATO Zirvəsində görüşdüyü ABŞ lideri Baydenə Türkiyənin “S-400”lərlə bağlı geri addım atmayacağını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu