25 Yanvar 2022 11:34
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi başlayarsa, bu, Baltikyanı, Balkanlar, Şərqi Avropa və Qara dənizdə təsirli olacaq.

Teleqraf.com xəbər verir ki, bunu təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib.

Rusiyanın Ukraynanı işğal edəcəyi ssenariləri fonunda NATO-nun cavab qüvvələrinin işə düşəcəyi halda, buna dəstək üçün ABŞ 8 500 hərbçisinin hazır vəziyyətə gətirildiyini elan edib.

Abdulla Ağar bildirib ki, Qərbin nəzərində Ukrayna bufer ölkədir:

“Böhran var, imkanlar var, risklər var, geosiyasi dəyər anlayışı var. Amma çox diqqətli, ağıllı və uzaqgörən olmalıyıq. Mümkün bir müharibədə Baltikyanı, Balkanlar, Şərqi Avropa, Qara dəniz təsir zonası olacaq. Siyasəti və strategiyanı balanslaşdırmaq lazımdır. Türkiyə tərəf və mövqe tutmağa məcbur olacaq”.

Tarixi reallığı və yaşananları vurğulayan Ağar qeyd edib ki, hava məkanı çox həssaslaşacaq:

“Çox top buraxdıq, çox oyunda tələyə düşdük. Müttəfiqlərimiz tərəfindən satıldıq, aldadıldıq, xəyanət edildik, əzildik, kənarlaşdırıldıq, təcrid olunduq, haqsız yerə cəzalandırıldıq. Biz rusların da nələr etdiyini xatırlayırıq və onları da unutmamışıq”.


Müəllif: Nemət