21 Noyabr 2014 16:13
2 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın mərkəzində yaşayış evinin avtomobil dayanacağında baş verən yanğında 150 milyon rubl (3,3 milyon dollar) dəyərindəki lüks maşınlar kül olub.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, avtomobillərin sahibinin Rusiyanın məhşur "ZAO Sinus" firmasının rəhbəri olduğu bildirilir.

Yanğın zamanı orta hesabla qiymətinin 20 milyon rubl (438 min dollar) olduğu 12 avtomobil yanıb. Yanan avtomobillər arasında Rolls Royce Phantom, Bentley Continental, Mercedes Gelandewagen AMG və Porsche Panamera kimi modellər var.

Polis məsələ ilə bağlı iki versiya irəli sürüb. Birinci versiya şirkət sahibindən alınan intiqamdır. İkinci versiyaya görə isə avtomobillər qonşular tərəfindən yandırılıb.

Qeyd edək ki, qonşular avtomobillərin narahatlıq yaratması ilə bağlı artıq bir neçə dəfə etirazlarını bildiriblər.

Prokurorluq hadisə ilə bağlı istintaq başlayıb.

Samir


Müəllif: