19 May 2022 08:00
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara rayonunda 3 terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildiriblər.

"Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının koordinasiyalı işi nəticəsində İraqın şimalındakı Qara rayonunda 3 terrorçu zərərsizləşdirilib. Terrorçular PUA zərbəsi nəticəsində zərərsizləşdirilib", - deyə Nazirlikdən bildirilib.


Müəllif: Teleqraf.com