11 Avqust 2022 01:13
3 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Ağ Evdəki tədbirdə çıxışı zamanı səhvə yol verib.

Teleqraf.com xəbər verir ki, o, ölkənin iqtisadi tərəqqisini "inkişafdan saxlamağa" söz verib.

Dövlət başçısı çıxışında inflyasiyanın azaldılması üçün qanunun qəbul edilməsinin zəruriliyindən danışıb.

"Bu, Konqresin inflyasiya ilə bağlı irəliləyişimizin yaxşılaşmaması üçün edə biləcəyi ən ardıcıl işdir", deyə Bayden bildirib.

Bayden səhvini dərhal düzəldib.

Amerika prezidenti çıxışında dəfələrlə bu cür səhvlərə yol verib.

O, mart ayında Nümayəndələr Palatasında və Konqres Senatında çıxışı zamanı Ukrayna sakinlərini iranlı adlandırıb. Həmçinin Ağ Evdə müsəlmanların müqəddəs ayı olan Ramazan ayının başa çatması ilə bağlı tədbirdə çıxış edən Ağ Ev rəhbəri özünü senator adlandırıb. İyun ayında isə İsveçlə İsveçrəni qarışdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər