Son iki həftə ərzində Rusiya Federasiyası sentyabr və oktyabr aylarında Xerson vilayətində Dnepr çayının qərb sahilində işğal olunmuş ərazilərin saxlanmasında iştirak edən hava-desant qüvvələrinin Donbasa ciddi şəkildə zəiflədilmiş bölmələrini yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.
Qeyd edilir ki, rus desantları üçün mümkün əməliyyat tapşırıqları Donetsk vilayətində Baxmuta qarşı hücumu gücləndirmək və ya Luqanskda Kremennaya-Svatovo zonasında müdafiəni dəstəkləməkdir.
İngilis kəşfiyyatı paraşütçülərin bəzi hissələrinin səfərbər olanlarla gücləndirildiyini qeyd edib: “Bu zəif təlim keçmiş kadrlar elit qüvvə kimi qəbul edilənləri daha da gücləndirsə də, Rusiya çox güman ki, bu bölmələri kritik hesab edilən sektorlarda yerləşdirəcək”.