8 Aprel 2023 18:18
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Demokratik Respublikasında İtaliyanın Kinşasadakı səfiri Luka Attanasionu, onun mühafizəçisi və sürücüsünü öldürməkdə günahlandırılan 6 nəfər edam cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, qərarı Kinşasa Hərbi Məhkəməsi elan edib.

Ölkədə son 20 ildə ölüm hökmü tətbiq edilmir və yuxarı məhkəməyə çıxarılan ölüm hökmləri adətən ömürlük həbslə əvəzlənir.

Qeyd edək ki, 2021-ci ildə fevralın 22-də silahlı bir qrup üsyançı ölkənin şərqindəki Qoma şəhərindən şimalda Rutşuruya gedən yolda Ümumdünya Ərzaq Proqramının (WFP) karvanına hücum edib.

Nəticədə 43 yaşlı səfir Luka Attanasio, mühafizəçi Vittorio Lacovacci və sürücü Mustafa Milambo həlak olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər