Fransada pensiya islahatlarına etiraz edən vətəndaşlar yenidən Paris küçələrinə çıxıblar.
Teleqraf.com xəbər verir ki, bu dəfə etirazlara səbəb Prezident Emmanuel Makronun tələsik qərar verməsinin səbəblərini vətəndaşlara izah etməyə çalışan çıxışıdır.
Fəallar əvvəlcə Paris meriyasının binasına yaxınlaşaraq orada ekspromt konsert təşkil ediblər, daha sonra sərt şüarlar səsləndiriblər.
Küçələri dolaşan axına yüzlərlə vətəndaş qoşulub.
Hazırda Fransanın paytaxtında narahatlıq hökm sürür. İnsanlar zibil qablarını və avtomobilləri yandırırlar.
Makron dünən demişdi ki, islahatla pensiya yaşı 62-dən 64-ə qaldırılacaq, qanun bu ilin payızında qüvvəyə minəcək.