Rusiyanın Tver vilayətinin Andreapol rayonunda pilotsuz təyyarə (PUA) düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə regional administrasiyanın mətbuat xidməti məlumat yayıb.
Düşən PUA-nın partladığı bildirilir.
“Mayın 27-də Tver vilayətinin Andreapol rayonunun Yeroxino kəndi yaxınlığında PUA düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyət qubernator İqor Rudeninin şəxsi nəzarəti altındadır”, - məlumatda deyilir.
Hansı obyekt və ya məntəqənin hədəfə alındığı isə açıqlanmayıb.