“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin tələblərindən biri Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefaya göndərilməsi ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” Teleqram kanalı məlumat yayıb.
Mənbənin iddiasına görə, qiyamın nazirliyin rəhbərliyi üçün əlverişli şərtlərlə dayandırıldığını nəzərə alsaq, bu tələb yerinə yetiriləcəyini deməyə əsaslar var.
Kreml “Vaqner” lideri ilə Müdafiə Nazirliyində kadr məsələlərinin müzakirə olunmadığını açıqlayıb.