10 İyul 2023 18:38
4 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyi (AB) ilə bağlı açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, kansler Türkiyənin AB-yə üzvlük prosesi ilə İsveçin NATO-ya daxil olması arasında heç bir əlaqənin olmadığını deyib.

Prezident Ərdoğan Litvada NATO sammitinə qatılmaq üçün bu ölkəyə səfəri öncəsi hava limanında mətbuat konfransı keçirmişdi.

Jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri belə demişdi:

“Millətimizin bizdən gözləntiləri var. Əvvəlcə Avropa Birliyində Türkiyənin yolunu açın, biz də Finlandiyaya yol açdığımız kimi İsveçin də yolunu açaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər