Almaniya təhlükəsizlik qüvvələri Fransanın paytaxtı Parisdə həftəlik yumor jurnalı “Charlie Hebdo”nun ofisinə təşkil edilən və 12 adamın ölümüylə nəticələnən hücum sonrasında yerli qəzetlərə "terror hücumu" xəbərdarlığı edib.
“Focus” jurnalının xəbərinə görə, təhlükəsizlik qüvvələri Parisdəki hücumun dərhal sonrası Almaniyada meydana gələ biləcək bənzər hücumların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər hazırlayıblar.
Teleqraf.com-un məlumatına görə, jurnal iddia edir ki, Federal Mübarizə Mərkəzi hücum sonrası etdiyi təhlildə, İslam əleyhinə tənqidlərin kəskin reaksiyalara və radikal addımlara səbəb olacağını vurğulayıb.
Nail Cəlil