29 Avqust 2023 17:19
6 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 23-də vəfat edən “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin Rusiyanın bir çox dövlət mükafatlarını alıb. Onun adı hətta Rusiya Prezidenti Vladimir Putinin aparatının əməkdaşlarının təltif edilməsi haqda məxfi fərmanında da tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Kanal Priqojinin “Rusiya Qəhrəmanı” ulduzunu taxdığını, amma qiyamdan sonra araşdırma zamanı onunla bağlı bir çox dövlət mükafatının üzə çıxdığını bildirir.

“Vaqner” lideri 2004-cü ildə II dərəcəli “Vətənə xidmətə görə”, 2008-ci ildə o vaxtkı prezident Dmitri Medvedyevin “Dostluq”, 2014-cü ildə isə Krımın ilhaqından sonra Prezident Vladimir Putinin sərəncamı ilə IV dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Priqojin mükafatlar alsa da, nailiyyətləri göstərilməyib.

Məxfi fərman 30 oktyabr 2006-cı il tarixində imzalanıb, “Prezidentin İşlər İdarəsinin əməkdaşlarının Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında” adlanır. Amma rəsmi olaraq dərc edilməyib. Məxfi fərman Priqojinlə yanaşı 17 nəfərə şamil olunub.

“Sərəncamın adından görünən budur ki, ya Priqojinin Prezident Aparatında hansısa gizli vəzifəsi olub, ya da sadəcə olaraq onun adına ayrıca fərman hazırlamamaq üçün adı təltif olunanlar siyahısına salınıb”, - hüquqşünas Sergey Markov deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər