Niderland Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
"Niderland Ukraynaya ardıcıl olaraq dəstək göstərilməsini davam etdirir. 2024-cü ildə Nazirlər Kabineti bunun üçün 2 milyard avrodan çox vəsait ayırıb. Bu məbləğ əsasən hərbi dəstək məqsədilə nəzərdə tutulub", - deyə açıqlamada qeyd olunub.
Ayrılan vəsait silah-sursatın tədarükünə, texnika və silahlara texniki qulluq göstərilməsinə, kibertəhlükəsizliyə, həmçinin ölkənin bərpasına və yenidən qurulmasına yönəldiləcək. Bundan əlavə, Niderland 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlimləri davam etdirəcək.