9 Fevral 13:16
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əleyhinə sərt açıqlamaları ilə gündəmdə olan İranın dini lideri Əli Xameneyinin sosial şəbəkə hesabları “qara siyahı”ya salınıb.

Teleqraf.com xəbər verir ki, zorakılıq hadisələri ilə əlaqəli bir sıra şəxslərin Feysbuk və İnstaqram hesablarını dayandıran “Meta” şirkəti tərəfindən qadağan edilən isimlər arasında Xameneyi də var.

“Təhlükəli təşkilatlar və fərdlər” qaydalarımızı dəfələrlə pozan hesabları sildik”, - şirkətdən bildirilib.

Qərara uyğun olaraq, İran liderinin ingilis və fars hesabları silinib.

Sosial medianın aktiv istifadəçisi olan Xamneyinin farsca İnstaqram hesabını 5 milyondan çox insan izləyirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər