11 Mart 08:42
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Kiyevə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Məlumata görə, bu qərar bazar günü Makronla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra elan edilib.

Telefon danışığı zamanı iki ölkənin liderləri müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik, minalardan təmizləmə və silah istehsalı sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər