İranın zənginləşdirilmiş uranın böyük ehtiyatları toplaması o demək deyil ki, Tehranın nüvə silahı var.
Teleqraf.com xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafel Qrossi deyib.
O vurğulayıb ki, Tehranın texniki cəhətdən silahlarla eyni olan zənginləşdirilmiş uran ehtiyatı beynəlxalq ictimaiyyətdə haqlı suallar yaradır.
AEBA rəhbəri həmçinin bildirib ki, bir neçə həftə ərzində İranda zənginləşdirilmiş uranın böyük ehtiyatlarının mövcudluğu məsələsini müzakirə etmək üçün Tehrana səfər etməyi gözləyir.
“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində Tehrana qayıdacam və hər şeyi normal vəziyyətə salmağa çalışacam. Ümid edirəm ki, vəziyyəti yüksək əməkdaşlıq səviyyəsinə çıxara biləcəm. Fikrimcə, (İranın nüvə proqramına) çıxış imkanlarımız daha yaxşı ola bilərdi”, - Qrossi qeyd edib.